Satılır 2 otaqlı yeni tikili 62 m²
Abşeron City Y/K-də, 16 mərtəbəli binanın 11ci mərtəbəsində, QANUNİ 2 otaqlı,TƏMİRLİ və TAM ƏŞYALI mənzil TƏCİLİ SATILIR!
Bina infrastruktur cəhətdən çox əlverişli yerdə yerləşir, yaxınlıqda hər növ iaşə obyektləri mövcuddur (uşaq bağçası, məktəb, market, kafe, restoran, aptek, idman zalı, tibb mərkəzi və s.). İstilik sistemi kombidir. Koridor, mətbəx və sanitar qovşağının döşəməsi isti döşəmədir. Qaz, su, işıq daimidir. 24 saat mühafizə və kamera nəzarəti var.
Sənəd müqavilədir (yaxın zamanlarda kupçanın verilməsi gözlənilir, kompleksin digər binalarına artıq verilib).
Real alıcıya müəyyən endirim edilə bilər.
Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.